Medianews.az
Ağdərədə minaya düşən
128 baxış

Ağdərədə minaya düşən ŞƏXSİN VƏZİYYƏTİ AÇIQLANDI

Ağdərə rayonu Suqovuşan qəsəbəsi yaxınlığında mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Medianews.az-a Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində minaya düşmə səbəbi ilə xəsarət alan 1982-ci il təvəllüdlü şəxs (kişi) aprelin 1-i saat 15:20-də Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub:

"Sağ ayaq aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağır qiymətləndirilir".

Bizə qoşulun