Medianews.az
Antirekord təkrarlandı
195 baxış

Antirekord təkrarlandı

DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Niderland millisi Tunisə 3:1 hesabı ilə qalib gəlib.

Medianews.az xəbər verir ki, görüşün 3-cü dəqiqəsində Tunis yığmasının yarımmüdafiəçisi Ellyes Şkiri topu öz qapısına göndərərək avtoqol müəllifi olub.

Bu, DÇ-2026-da vurulan 12-ci avtoqol kimi qeydə alınıb. Nəticədə DÇ-2026 2018-ci il dünya çempionatının rekordunu təkrarlayıb.

Maraqlıdır ki, DÇ-2018-də 12 avtoqol turnirin bütün 64 oyunu ərzində qeydə alınmışdı. DÇ-2026-da isə bu göstəriciyə artıq 54-cü matçda çatılıb.

Beləliklə, davam edən dünya çempionatında avtoqolların sayının yeni rekordla başa çatacağı gözlənilir.//QOL.az

Bizə qoşulun