Medianews.az
Azərbaycan iqtisadiyyatında artım və azalmalar –
214 baxış

Azərbaycan iqtisadiyyatında artım və azalmalar – RƏSMİ

Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb.

Medianews.az bildirir ki, hesabata görə, yanvar-may aylarında ölkədə 51 milyard 783,8 milyon manatlıq ümumi daxili məhsul qeydə alınıb, neft-qaz sektorunda 1 faiz geriləmə, qeyri-neft/qaz sektorunda 0,4 faiz artım rəsmiləşib.

2025-ci ilin ilk beş ayı ilə müqayisədə sənayedə 0,2 faiz, kənd təsərrüfatında 2,3 faiz, nəqliyyat və anbar təsərrüfatı xidmətlərində 6,8 faiz, informasiya və rabitə xidmətlərində 10,1 faiz, pərakəndə ticarət dövriyyəsində 3,8 faiz artımın olduğu xəbər verilir.

Qeyd olunur ki, sərmayə qoyuluşu 2,1 faiz azalıb, strateji valyuta ehtiyatları 15,2 faiz artıb, xarici dövlət borcu 8 faiz əriyib.

Əhalinin nominal gəlirlərində artım 10,2 faiz, inflyasiya 5,6 faiz göstərilir.

Medianews.az

Bizə qoşulun