"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1248 (Cild I) dəyişikliklər edilib.
Medianews.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
"6.7. Elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil edilir, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir, yaxud EHİS üzərindən təqdim olunur.";
"7.6. Elektron müraciətlərə müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi tərəfindən müraciət edən şəxsin seçimi əsasında elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) bu Qanunun 6.3.5-ci və 6.3.6-cı maddələrində nəzərdə tutulan məlumatlar göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir.".
Bundan başqa, vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət etmək və ya müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatında, yaxud EHİS üzərindən elektron imza vasitəsilə qeydiyyatdan keçmək yolu ilə qəbula yazılırlar: "Hər üç qaydada qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir.".
10.06.2026, 20:09
127
baxış
Musfiga
TƏCİLİ! Prezidentdən ÖNƏMLİ FƏRMAN
Paylaş:
Taqlər
#şəxsiyyət vəsiqəsi
#Azərbaycan Respublikası
#Vətəndaşların müraciətləri haqqında Qanun
#Prezident İlham Əliyev
#Elektron müraciətlər
#Elektron Hökumət İnformasiya Sistemi (EHİS)
#Rəsmi internet informasiya ehtiyatı
#Elektron imza
#Müraciətlərin baxılması prosesi
#Müraciət edən şəxslərin qeydiyyatı
#Poçt ünvanı