Medianews.az
Azərbaycan klubu UEFA-nın Konfrans Liqasına buraxılmayacaq?
118 baxış

Azərbaycan klubu UEFA-nın Konfrans Liqasına buraxılmayacaq?

“UEFA başda olmaqla, heç bir qurumdan avrokuboklarda iştirakla bağlı təsdiq və ya imtina barədə rəsmi bildiriş almamışıq”.

Medianews.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyev klubun UEFA Konfrans Liqasında iştirakının sual altında olmasına dair iddialara münasibət bildirərkən deyib.

O, komandanın 2025/2026 mövsümünü uğurla başa vurduğu və idman prinsipləri qorunmaqla Konfrans Liqasında çıxış etmək hüququ qazandığı qeyd edib:

“2025-2026-cı illər mövsümünü uğurla başa vurduq. Gərgin keçən mövsümdə bütün idman prinsipləri qorunaraq haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA başda olmaqla, heç bir qurumdan avrokuboklarda iştirakla bağlı təsdiq və ya imtina barədə rəsmi bildiriş almamışıq”.

Qeyd edək ki, Tovuz klubunun yerinə avrokuboklara “Zirə”nin qatıla biləcəyi, “Neftçi”nin isə turnirə ikinci təsnifat mərhələsindən başlayacağı iddia edilir.

Bizə qoşulun