Medianews.az
Azərbaycan millisi FIFA reytinqində
94 baxış

Azərbaycan millisi FIFA reytinqində iki pillə geriləyib

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Medianews.az xəbər verir ki, Azərbaycan kişilərdən ibarət milli komandası siyahıda 2 pillə geriləyib.

Ötən ay reyntinqdə 124-cü olan Ayxan Abbasovun komandası indi 126-cı yeri tutur (1132.00 xal). Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Litva millisi 149-cu (1056.85), Lixtentşteyn isə 206-cu yeri tutur (797.70).

Reytinqə əvvəlkitək son dünya çempionu Argentina millisi (1877.27) başçılıq edir./QOL.az

Bizə qoşulun