İyunun 10-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli iyunun 9-u ilə müqayisədə 4,82 dollar ucuzlaşıb.
Medianews.az bildirir ki, iyunun 9-da 100,09 dollara təklif olunan “AzəriLayt”ın bir barrelinin qiyməti iyunun 10-u 95,27 dollar təşkil edib.
Bununla belə hazırkı qiymət də Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulandan yuxarıdır.
2026-cı ilin dövlət büdcəsində bir barrel neft 65 dollardan götürülüb.
10 iyun qiyməti bundan 30,27 dollar artıqdır.
“AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58 dollarla başlayıb.
Neftin qiyməti fevralın 28-dən ABŞ və İsraillə İran arasında artan gərginlik dalğasında oynayır.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.