Medianews.az
Azərbaycana çatdı -
107 baxış

Azərbaycana çatdı - Sərt hava axını

“İnstagram” sosial şəbəkəsində dəqiq proqnozları ilə diqqət çəkən “Weather_man_aze” hesabında yeni hava proqnozu yayılıb. 

Medianews.az-ın məlumatına görə, proqnozda deyilir:

Avropa istidən yandığı bir vaxtda şimal axınları hələ ki, Qafqazı kəskin istilərdən qoruyur. Şimali Rusiyadan olduqca sərt bir hava axını ölkəmizə çatıb. Bu axın özü ilə leysan yağışlar, sərin hava və bəzi yerlərə güclü küləklər gətirir.

Axının daxil olma vaxtı:

İyunun 26-sı qərb və şimal-qərb rayonlarından daxil olan axın həftəsonu gücünü artıraraq digər bölgələri də əhatə edəcək.

Temperatur dəyişikliyi:

Temperatur bölgələrdən asılı olaraq 3–8 dərəcə enəcək.

Güclü külək zonaları:

Külək bütün bölgələrdə güclənsə də, əsas güclü küləklər Bakı və Abşeronda, şərq rayonlarında, Aranın yuxarı hissəsində və qərb bölgəsinin bəzi ərazilərində əsəcək.

Yağış və dolu xəbərdarlığı:

İyunun 26-sı axşamdan qərb və şimal-qərb bölgələrindən başlayacaq yağıntılar 27-si digər bölgələrə yayılacaq və ayın 28-i səngiyəcək. Bəzi ərazilərdə dolu düşəcək.

Yağıntının paylanması:

Əsas bol yağışlar Bakı və Abşeronda, Aran rayonlarında (mərkəzi və aşağı hissələr), şimal bölgəsində, Qarabağ və qərb bölgələrinin bəzi ərazilərində, həmçinin cənub bölgəsində olacaq. Bu ərazilərin çox yerində aylıq yağıntı norması dolacaq. Yağış bir sıra fəsadlar törədəcək və subasma halları baş verəcək.

Gedişat:

• İyunun 26-sı gecə: Yağış qərb və şimal-qərb hissədən başlayacaq.

• İyunun 27-də: Yağışlar tədricən digər bölgələrə yayılacaq və axşam saatlarında şərq hissədə şiddətlənəcək.

• İyunun 27-dən 28-nə keçən gecə və 28-i günü: Cənub hissədə yağıntılar intensivləşəcək.

Bakı və Abşeron yarımadası:

Axın əsas gücünü 27-si axşamdan etibarən göstərəcək. Bu axın zamanı paytaxtda güclü yağış və külək olacaq. 27-si gündüz bəzi yerlərdə yağacaq yağış, axşam və gecə yarı daha da intensivləşərək, 28-i səhər zəifləyəcək. 27-si axşamdan güclənəcək şimal küləkləri 28-i gün ərzində də davam edəcək (25–30 m/s). Küləyin şiddəti isə daha çox olacaq. Temperatur +25...+26°C olsa da, güclü küləyə görə +20°C hiss ediləcək.

Qeyd 1: Aranın mərkəzi və aşağı hissəsində temperatur 6–8 dərəcə enəcək (28 iyun).

Medianews.az

Bizə qoşulun