Medianews.az
Azərbaycanda harada nə qədər maaş var? -
296 baxış

Azərbaycanda harada nə qədər maaş var? - SİYAHI

Dövlət Statistika Komitəsi 2026-cı il aprelin 1-nə Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqını 1151,5 manat göstərib.

Medianews.az bildirir ki, iqtisadi fəaliyyət növləri orta maaşa görə belə sıralanıb:

mədən sənayesi - 4581 manat

maliyyə və sığorta fəaliyyəti - 2814,1 manat

informasiya və rabitə - 2197,8 manat

peşə fəaliyyəti, elmi və texniki fəaliyyət - 1887,1 manat

nəqliyyat və anbar təsərrüfatı - 1559,7 manat

dövlət idarəetməsi və müdafiə; sosial təminat - 1556,7 manat

tikinti - 1262,5 manat

elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı - 1151,9 manat

daşınmaz əmlakla əlaqədar əməliyyatlar - 1095,6 manat

emal sənayesi - 1048,1 manat

əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi - 957,3 manat

istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət - 882,8 manat

təhsil - 824,6 manat

su təchizatı, tullantıların təmizlənməsi və emalı - 806,1 manat

turistlərin yerləşdirilməsi və ictimai iaşə - 801,4 manat

inzibati və yardımçı xidmətlərin göstərilməsi - 793,9 manat

ticarət; nəqliyyat vasitələrinin təmiri - 768,7 manat

kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq - 720,4 manat

başqa sahələrdə xidmətlərin göstərilməsi - 1434,5 manat.

Ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır.

Medianews.az

Bizə qoşulun