Şair, ədəbiyyatşünas alim Musa Xanbabazadə 83 yaşında vəfat edib.
Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.
Musa Xanbabazadə yaşla əlaqədar xəstəlikdən dünyasını dəyişib.
Ədib doğulduğu Boladi kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Musa Cəfər oğlu Xanbabazadə 1943-cü ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini yüksək qiymətlərlə bitirib. “Qabaqcıl maarif xadimi”, ali kateqoriyalı müəllim, metodist müəllim adına, “Əmək igidliyinə görə medalı”na layiq görülüb.
Xatırladaq ki, Musa Xanbabazadə tanınmış ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlı ilə birlikdə ali təhsil alıb.
Allah rəhmət eləsin!
