Medianews.az
Bakıda 53 yaşlı kişi öldürüldü -
47 baxış

Bakıda 53 yaşlı kişi öldürüldü - Saxlanılan var

Fevralın 21-i saat 23 radələrində Bakıda qətl törədilib.

Şüvəlan qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü İlqar Məmmədağa oğlu Məmmədov bıçaqlanaraq öldürülüb.

Cinayəti törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü İqor İmranoviç Lisenko polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bizə qoşulun