Medianews.az
Bielsa jurnalistə açıqlamasında əsəbiləşib qışqırdı -
132 baxış

Bielsa jurnalistə açıqlamasında əsəbiləşib qışqırdı - VİDEO

Uruqvay milli komandasının baş məşqçisi Marselo Bielsa mediaya müsahibəsində özündən çıxıb. 

O, müsahibə zamanı "Haydı, başlayın artıq!" deyə qışqırıb.

70 yaşlı mütəxəssis daha sonra açıqlamasında bu sözləri deyib:

“Mənim Uruqvay futboluna qoyub getdiyim şey heç nədir… Seçmə mərhələsindəki 4-cü yerin heç bir dəyəri olmadı, Amerika Kubokundakı 3-cü yerin də mənası yoxdur və təbii ki, bu çıxışı izah etməyə ehtiyac belə yoxdur.

Əgər məndən soruşsanız ki, mənim dövrüm necə xatırlanacaq, bu, heç nə qazandırmayan dövrdür".

Qeyd edək ki, Uruqvay H qrupunda İspaniya ilə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub. Qrupda cəmi 2 xal toplayan milli komanda DÇ-2026 ilə vidalaşıb.

Bielsanın əsəbiləşdiyi anın görüntülərini təqdim edirik:

Bizə qoşulun