Medianews.az
“Qarabağ” bu gün Avstriyada “Tirol”u sınağa
134 baxış

“Qarabağ” bu gün Avstriyada “Tirol”u sınağa çəkəcək

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxacaq.

Qurban Qurbanovun komandası Avstriya Bundesliqa təmsilçisi VSG “Tirol”la qarşılaşacaq.

“Gürnot Langes” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama oyununda Bakıda “Zirə”ni 4:3 hesabı ilə məğlub edib. “Köhlən atlar” Avstriya toplanışı çərçivəsində son iki yoxlama görüşünü isə iyulun 1-də keçirəcək.

Ağdam təmsilçisi həmin gün əvvəlcə Ukraynanın “Xarkov” komandası ilə Bakı vaxtı ilə saat 15:00-da, daha sonra isə Macarıstanın “Ferentsvaroş” klubu ilə saat 20:00-da üz-üzə gələcək.

Bizə qoşulun