Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edib.
O, İrəvanın adı yeni dəyişdirilən məşhur küçəsində kofe içməsini əks etdirən video paylaşıb. Paşinyan paylaşdığı videoya "Kral Pap küçəsində səhər saatlarında içilən qəhvə daha dadlı olur" başlığını yazıb.
Xatırladaq ki, bir neçə gün öncə İrəvanın Amiryan küçəsinin adı dəyişdirilərək Kral Pap olub. Bu qərar İrəvan Şəhər Şurasının iclasında qəbul edilib.
Pap isə ermənilərin qondarma "Böyük Ermənistanın"ın Arşaki sülaləsindən olan hökmdarlarından olub. Bu gün o, Ermənistanda kilsənin siyasi proseslərə təsirinə qarşı çıxan və dövlətin maraqlarını ön plana qoyan "islahatçı və cəsarətli bir kral" kimi xatırlanır./publika.az/