Medianews.az
Bu ölkədə növbədənkənar seçkinin nəticələri bəlli oldu
221 baxış

Bu ölkədə növbədənkənar seçkinin nəticələri bəlli oldu

Maltada mayın 30-da keçirilmiş növbədənkənar parlament seçkisi hakim Leyborist Partiyasının qələbəsi ilə başa çatıb.

Medianews.az xəbər verir ki, rəsmi hesabata görə, baş nazir Robert Abelanın liderlik etdiyi partiya 67 yerlik qanunverici orqanda 36 mandata sahib çıxır.

Millətçi Partiyanın 31 mandat götürdüyü bildirilir.

1977-ci il təvəllüdlü Robert Abela 2020-ci il yanvarın 13-dən baş nazirdir.

Malta parlamenti (Təmsilçilər Məclisi) azı 65 nəfərdən ibarət olur. 13 dairənin hər birindən 5 nəfər proporsional sistem (partiya siyahıları üzrə) seçilir, amma mandat sayı səsvermənin nəticələrindən asılı olaraq arta bilir.

Medianews.az 

Bizə qoşulun