Misirin xarici işlər naziri Bədr Əbdülati Türkiyə, Oman və Pakistanlı həmkarları ilə telefon danışıqlarında bölgədə artan gərginliyi və ABŞ-İran münasibətlərini müzakirə edib. Tərəflər gərginliyin azaldılması və davamlı həll üçün dialoq və diplomatiyanın yeganə çıxış yolu olduğunu vurğulayıb.
Medianews.az Misir XİN-nə istənadən xəbər verir ki, Əbdülati Omanlı həmkarı Bədr əl-Busaidi, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Pakistanın XİN rəhbəri İshaq Dar ilə ayrı-ayrılıqda danışıb.
Görüşlərdə regional vəziyyət, gərginliyin azaldılması səyləri və ABŞ-İran danışıqlarının gedişi müzakirə olunub.
Nazirlər diplomatik təmasların nəticə verməsi üçün koordinasiyanın vacibliyini qeyd edib, mümkün müharibənin qarşısını almaq üçün konkret razılaşmanın əhəmiyyətini vurğulayıblar.
Bununla yanaşı, danışıqlarda qeyri-müəyyənlik qalır. Daha əvvəl əldə olunan müvəqqəti atəşkəsə baxmayaraq, sonrakı görüşlər nəticəsiz qalıb. İran tərəfi ABŞ-nin Hörmüz boğazında addımlarını davam etdirəcəyi halda yeni danışıqlarda iştirakın sual altında olduğunu bildirib. Rəsmi Tehran isə ikinci mərhələ ilə bağlı hələlik dəqiq planın olmadığını açıqlayıb.
Medianews.az
