Tropik infeksiya olan çikunqunya virusu ilə bağlı yeni elmi araşdırmalar aparılıb.
Medianews.az xəbər verir ki, bildirilir ki, çikunqunya artıq Avropanın geniş hissəsində ağcaqanadlar vasitəsilə yayıla bilər.
Alimlər bunun səbəbini qlobal istiləşmə və Asiyadan invaziv pələng ağcaqanadının sürətlə yayılmasında görürlər. Xəstəliyin yayılması üçün minimal temperatur 13–14°C-dir və bu, əvvəlki hesablamalardan 2,5°C aşağıdır.
Çikunqunya virusu ilk dəfə 1952-ci ildə Tanzaniyada aşkar olunub və uzun müddət yalnız tropik bölgələrdə yayılıb. Son illərdə isə Avropanın 10-dan çox ölkəsində yoluxma halları qeydə alınıb. 2025-ci ildə Fransa və İtaliyada yüzlərlə yoluxma faktı qeydə alınıb, Fransada ötən il yoluxanların sayı 800-ü keçib.
Ümumdünya Səhiyyə Təşkilatının viruslar üzrə qrupu rəhbəri Diana Roxas Alvares bildirib ki, yoluxanların 40 faizi beş il sonra da güclü oynaq ağrıları və artritdən əziyyət çəkir.
Hazırda çikunqunyaya qarşı vaksinlər mövcuddur, lakin bahalıdır. Mütəxəssislər profilaktikanın əsas çıxış yolu olduğunu vurğulayır:
- Ağcaqanad sancmasından qorunmaq,
- Durğun suları aradan qaldırmaq,
- Qoruyucu geyim və repelentlərdən istifadə etmək,
- Səhiyyə orqanları tərəfindən monitorinq və nəzarət sistemləri qurmaq.
Medianews.az