XXIII dünya futbol çempionatının qrup mərhələsi çərçivəsində iyunun 26-da altı oyun keçiriləcək.
Medianews.az xəbər verir ki, D, F və İ qruplarında keçiriləcək oyunlar Bakı vaxtıyla aşağıdakı saatlarda başlayacaq:
D qrupu
saat 06:00 Türkiyə - ABŞ
saat 06:00 Paraqvay - Avstraliya
F qrupu
saat 03:00 Yaponiya - İsveç
saat 03:00 Tunis - Niderland
İ qrupu
saat 23:00 Norveç - Fransa
saat 23:00 Seneqal - İraq.
İyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilən çempionatda 48 komanda iştirak edir. Komandalar 12 qrupa bölünüb. Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.
Xallar bərabər olanda komandaların öz arasındakı oyunun nəticəsi əsas götürülür. Qalan meyarlar bunlardır: top fərqi, qol sayı, ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı kartlar), komandanın FİFA-nın cari reytinqində yeri.
Qrup mərhələsi iyunun 28-də bitir. 1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.