Medianews.az
Göygöldə yük avtomobili
124 baxış

Göygöldə yük avtomobili azyaşlını vurdu

Göygöldə yük avtomobili azyaşlını vurub

Göygöldə azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Qazel" markalı yük avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2019-cu il təvəllüdlü K. Abbasovu vurub.

Azyaşlı xəstəxanaya yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti kafidir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun