Medianews.az
Donald Trampdan paylaşım:
275 baxış

Donald Trampdan paylaşım: "İran tamamilə məğlub oldu" - FOTO

"Yaxın Şərqin zorakılığı" öldü!"

Medianews.az-ın xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb.

"İran ordusu tamamilə və mütləq şəkildə bir xaosdur. Onun böyük hissəsi, məsələn, hərbi dəniz donanması və hərbi hava qüvvələri artıq mövcud deyil - İran tamamilə məğlubiyyətə uğradı. İran ancaq danışır, lakin heç bir şey etmir. "Yaxın Şərqin zorakılığı" öldü!!! Onlar özləri üçün faydalı olan sazişin bağlanmasını çox uzatdılar, indi bunun hesabını ödəməli olacaqlar!!! Prezident Donald Tramp", - deyə paylaşımda bildirilib.

Donald Trampdan paylaşım: İran tamamilə məğlub oldu - FOTO

Həmçinin "Fox News" telekanalının məlumatına görə, Donald Tramp bəyan edib ki, İrana yeni zərbələr endirilməsi üçün əmr verməyə hazırdır.

Məlumata görə, ABŞ Silahlı Qüvvələri İranın elektrik stansiyalarına və körpülərinə hücum edə bilər.//Oxu.Az

Bizə qoşulun