Medianews.az
Dünya çempionatı:
237 baxış

Dünya çempionatı: 1/16 final mərhələsi start götürür

Bu gün futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinə start veriləcək. Cənubi Afrika Respublikası Kanada ilə üz-üzə gələcək. SoFi stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtıyla saat 23:00-da başlayacaq. Görüşü portuqaliyalı baş hakim Joau Pineyru idarə edəcək.

Medianews.az xəbər verir ki, iyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilən çempionat 48 komanda ilə start götürüb. Komandalar 12 qrupa bölünüb. Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alıb.

Xallar bərabər olanda komandaların öz arasındakı oyunun nəticəsi əsas götürülür. Qalan meyarlar bunlardır: top fərqi, qol sayı, ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı kartlar), komandanın FİFA-nın cari reytinqində yeri.

Qrup mərhələsi iyunun 28-də bitib. 1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.

Medianews.az

Bizə qoşulun