Medianews.az
Lukaşenkonun Rusiya səfəri:
210 baxış

Lukaşenkonun Rusiya səfəri: təyyarə enişdən 40 dəqiqə əvvəl...

Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyaya səfəri başa çatıb. Onun təyyarəsinin marşrutu və uçuş zamanı transponderin söndürülməsi diqqət çəkib.

Musavat.com xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətinə yaxın "Pul Pervoqo" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Aleksandr Lukaşenko Şərqi və Cənub-Şərqi Asiya regionuna genişmiqyaslı səfərə yollanıb. Bildirilir ki, Belarus prezidenti bu səfər çərçivəsində üç ölkəyə baş çəkəcək. Həmin ölkələrin adları açıqlanmayıb.

"Flightradar24" xidmətinin məlumatına əsasən, Lukaşenkonun EW-001PB nömrəli "Boeing 767" təyyarəsi səhər saatlarında Minskdən havaya qalxaraq Rusiyaya enib. Təyyarə enişdən təxminən 40 dəqiqə əvvəl Tver vilayəti üzərində transponderini söndürüb. Son ötürülən siqnallara görə, təyyarə Kremlin rəhbərinin Valdaydakı iqamətgahının yaxınlığında yerləşən "Xotilovo-2" aerodromu istiqamətində hərəkət edib.

Nəşrin yazdığına görə, təyyarənin yenidən havaya qalxması planlaşdırılsa da, uçuş bir qədər gecikib. Daha sonra təyyarə Kirov və Neftekamsk üzərində radarlarda görünərək Mərkəzi Asiya istiqamətində hərəkət edib. Sonradan transponder yenidən işə salınıb və marşrutun Rusiyanın Uzaq Şərqinə doğru uzandığı məlum olub.

Məqalədə diqqət çəkən daha bir məqam isə Valday bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi olub. Bildirilir ki, səhər saatlarında Kremlin rəhbərinin iqamətgahı yaxınlığındakı M-11 avtomobil yolunun 35 kilometrlik hissəsi müvəqqəti bağlanıb. Saat 11-dən sonra isə hərəkət bərpa edilib.

Musavat.com

Bizə qoşulun