Medianews.az
FHN-də 2 nazir müavininin işdən çıxarılması -
127 baxış

FHN-də 2 nazir müavininin işdən çıxarılması - Təsdiqləndi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun altı müavinindən ikisinin vəzifəsindən azad edilməsi təsdiqlənib.

General-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyevin adı nazirliyin rəsmi saytının rəhbərlik bölümündən çıxarılıb.

Bundan əvvəl üçüncü müavin general-leytenant Faiq Tağızadənin də işdən çıxarıldığı bildirilsə də, həmin məlumat təsdiqlənməyib. General Tağızadə hazırda nazir müavini vəzifəsində qalır.

Qeyd edək ki, Etibar Mirzəyev saytımıza yaş həddi ilə bağlı təqaüdə çıxdığını açıqlamışdı.

Bizə qoşulun