Braziliya Qadınlar Liqasında “Mixto” - “Fluminense” oyunu meydanda baş verən gözlənilməz hadisəyə görə yarımçıq dayandırılıb.
Medianews.az xəbər verir ki, matçın ikinci hissəsinin əvvəlində stadionun örtüyünün bəzi hissələri qəfil qabarmağa başlayıb. Bu vəziyyət oyunçular üçün təhlükə yaratdığından hakim oyunu dayandırıb.
Qeyri-adi anlar zamanı futbolçular qabaran örtüyü tullanaraq düzəltməyə çalışsalar da, problem aradan qalxmayıb. Qarşılaşma davam etdirilməyib.
Medianews.az