Medianews.az
Futbolçu ilə zabitlər üz-üzə -
61 baxış

Futbolçu ilə zabitlər üz-üzə - Gündəm olan görüntü - VİDEO

Ukraynada məcburi hərbi xidmətlə bağlı müzakirələr davam edərkən, futbolçu Danilo Kolesnikin iştirak etdiyi hadisə gündəm olub.

Medianews.az xəbər verir ki, sosial şəbəkələrdə baş verən hadisənin videosu yayılıb.

Kadrlarda hərbi səfərbərlik qrupunun futbolçunu saxlamağa çalışdığı, onun isə müqavimət göstərdiyi görünür.

Kolesnikin zabitlərdən birinə yumruq vuraraq hadisə yerindən uzaqlaşdığı iddia olunur.

Ukraynada səfərbərlik və məcburi hərbi xidmət məsələsi son dövrlər cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biridir. Rəsmi qurumlar bu addımları müharibə şəraitində ölkənin müdafiə ehtiyacları ilə əsaslandırsa da, bəzi hallarda tətbiq olunan üsullar ictimai narazılığa səbəb olur.

Medianews.az

Bizə qoşulun