Fevralın 28-dən ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları dalğasında Yaxın Şərqi bürüyən gərginlik neftin qiymətini kəllə-çarxa qaldırıb.
Medianews.az bildirir ki, martın 10-da AzəriLayt” markalı Azərbaycan neftinin barreli 103,03 dollara satılır. Bu, büdcə qiymətindən 38,03 dollar yuxarı göstəricidir.
Hərbi gərginlik İranla yanaşı Yaxın Şərqin başqa neft ölkələri - İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman, Bəhreyndə hasilata və daşımalara mənfi təsir etdiyindən qiymətlər uçur.
Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60 dollarla start verib.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.