"İçərişəhər"də yeni muzeylər yaradılacaq.
Milli.Az xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud İdarənin 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2025-ci ildə 60-dan çox tədbir keçirilib, turistlərin sayında 5-10% artım müşahidə edilir.
R.Mahmud qeyd edib ki, "İçərişəhər"də yeni muzeylərin yaradılması nəzərdə tutulub.