Medianews.az
İran sabah Hörmüz boğazını
149 baxış
Yüklə

İran sabah Hörmüz boğazını aça bilər

İran Hörmüz boğazını məhdud rejimdə aprelin 9-u və yaxud 10-u aça bilər.

Bu barədə məlumatı danışıqlarda iştirak edən iranlı məmura istinadən “Reuters” agentliyi yayıb.

Boğazın açılmasının aprelin 10-da Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndələri arasında planlaşdırılan görüş ərəfəsində baş tutacağı gözlənilir. 

Onu da bildirək ki, İran fevralın sonunda ABŞ və İsrailin ölkəyə zərbələrindən sonra Hörmüz boğazını bağlamışdı./“Qafqazinfo”

Bizə qoşulun