Livanın "Hizbullah" qruplaşmasının İsrailin mərkəzi bölgələrinə endirdiyi raket zərbələri nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir.
Bu barədə "The Times of Israel" məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, təxminən 60 yaşlı bir qadın həyəcan siqnalı vaxtı sığınacağa qaçarkən yıxılaraq başından travma alıb. Bundan əlavə, raket təhlükəsi xəbərdarlığı zamanı idarə etdikləri avtomobilin dayanmış başqa bir maşına çırpılması nəticəsində daha iki nəfər yüngül yaralanıb.