Medianews.az
İsti hava şarı alovlandı, 8 nəfər öldü -
208 baxış

İsti hava şarı alovlandı, 8 nəfər öldü - VİDEO

Braziliyada içərisində 21 nəfərin olduğu isti hava şarı havaya qalxdıqdan təxminən iki dəqiqə sonra naməlum səbəbdən alovlanıb.

Medianews.az xəbər verir ki, qəza nəticəsində 8 nəfər həyatını itirib, 13 nəfər isə xilas edilib.

Sağ qalanlar arasında alovun sürətlə yayılmasından sonra şardan tullanaraq xilas olan bir sərnişinin də olduğu bildirilib.

Hadisə yerinə çoxsaylı təcili tibbi yardım və xilasetmə briqadaları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.

Hüquq-mühafizə orqanları yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi üçün hadisə ilə bağlı araşdırmalara başlayıb.

Medianews.az

 

 

Bizə qoşulun