ABŞ-nin Las Veqas şəhərindəki beynəlxalq hava limanında qalmaqallı hadisə baş verib.
Medianews.az xəbər verir ki, bir qadın iki yaşlı itini bilet kassasına bağlayıb və gedib.
Təhlükəsizlik kameraları göstərib ki, qadın iti ilə kassaya gəlsə də, onu özü ilə aparmaq üçün lazımi sənədləri təqdim edə bilməyib.
Polis qadını binanin qapısında saxlayıb. Heyvan hava limanı işçiləri və polis tərəfindən götürülərək heyvan qoruma xidmətlərinə verilib.
İt şəhərin qeyri-kommersiya təşkilatının himayəsinə verilib. Təşkilat bildirib ki, it artıq təhlükəsizdir və ona ömürlük təhlükəsizlik və sevgi verəcək ailə seçiləcək.
Medianews.az