Kafeni yandıraraq bir nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Famil Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Medianews.az Unikal.az-a istinadən xəbər verirki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin ilk baxış iclası iyulun 29-na təyin edilib.
Qeyd edək ki, 2025-ci ilin sentyabrında paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində qeydə alınıb.
Kafedə yaranmış mübahisə zamanı Famil Kərimov benzin tökərək kafeni yandırıb. Həmin kafedə müştəri olan Ceyhun Əhmədli özünü kafedən ataraq dünyasını dəyişib. Və kafedə olan bir neçə şəxs isə xəsarət alıb.
Famil Kərimova qarşı Cinayət Məcəlləsinin 120.2.2 ( xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.