Medianews.az
Kənan Doğulu Bereni başqa qadınla səhv saldı -
206 baxış

Kənan Doğulu Bereni başqa qadınla səhv saldı - VİDEO

Türkiyəli müğənni Kənan Doğulu sosial şəbəkədə yaşadığı maraqlı hadisə ilə diqqət çəkib.

Sənətçi izlədiyi videolardan birində görünən qadını həyat yoldaşı, məşhur aktrisa Beren Saat hesab edib.

Lakin sonradan videodakı şəxsin aktrisanın özü deyil, ona bənzərliyi ilə tanınan bloqer Sevda Aktürk olduğu ortaya çıxıb.

Həqiqəti öyrənən Kənan Doğulu yaşadığı təəccübü gizlədə bilməyib. Müğənninin "Mən şokdayam" reaksiyası sosial şəbəkələrdə maraqla qarşılanıb.

Hadisə qısa müddətdə yayılıb. Bir çox izləyici Sevda Aktürkün Beren Saata olan bənzərliyinin həqiqətən də diqqətçəkici olduğunu qeyd edib, görüntülər isə geniş müzakirələrə səbəb olub./milli.az

Bizə qoşulun