Medianews.az
KİV: SEPAH-ın HDQ komandanı Əlirza Təngsiri İsrailin hava hücumu zamanı öldürülüb
98 baxış

KİV: SEPAH-ın HDQ komandanı Əlirza Təngsiri İsrailin hava hücumu zamanı öldürülüb

İsrail rəsmisi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsirinin Bəndər-Abbas şəhərində endirilən zərbə nəticəsində öldürüldüyünü iddia edib.

Medianews.az APA-ya istinadən xəbər verir ki, rəsminin sözlərinə görə, Təngsiri Hörmüz boğazının bağlanmasına cavabdeh şəxs olub.

Məlumata görə, hadisə ilə bağlı İran tərəfi və İsrail ordusu hələlik rəsmi açıqlama verməyib.

Bizə qoşulun