Medianews.az
Körfəz ölkələri bir neçə gündə 15 milyard dollardan çox ziyana düşüb -
159 baxış

Körfəz ölkələri bir neçə gündə 15 milyard dollardan çox ziyana düşüb - Hörmüz blokadası

Britaniyanın “Financial Times” qəzeti yazır ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayandan sonra Fars körfəzi ölkələri təxminən 15,1 milyard dollar enerji gəlirindən məhrum olub.

Medianews.az-ın məlumatına görə, bunun əsas səbəbi kimi Hörmüz boğazında gəmiçiliyin faktiki dayanması göstərilir.

2025-ci ildə bu boğazdan hər gün təxminən 1,2 milyard dollar dəyərində neft, neft məhsulları və mayeləşdirilmiş qaz daşınıb.

Hazırda ən böyük itki Səudiyyə Ərəbistanının payına düşür - təxminən 4,5 milyard dollar. Səudiyyə Ərəbistanı Krallığı yaxın günlərdə ixracı Qırmızı dəniz marşrutu vasitəsilə artırmağı planlaşdırır.

Ekspertlərə görə, ən həssas ölkə İraqdır, çünki neft bu ölkədə dövlət gəlirlərinin 90%-ni təşkil edir.

Küveyt və Qətər də ciddi itkilərlə üzləşib, lakin bu ölkələr zərərləri böyük suveren fondları hesabına kompensasiya edə bilərlər.

Hazırda Hörmüz boğazında ümumi dəyəri 10,7 milyard dollar olan yüklər (xam neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz) faktiki olaraq “ilişib qalıb” - onlar gəmilərə yüklənib, lakin təyinat limanlarına yola düşə bilmirlər.

Son qiymətləndirmələrə görə, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt və Bəhreyn üçün təxirə salınmış vergi və ixrac gəlirləri 13,3 milyard dollar təşkil edir.

Bundan əlavə, Qətərin dövlət enerji şirkəti “QatarEnergy” martın 2-də istehsalın dayanması səbəbindən 571 milyon dollar gəlir itirib.

Elçin Alıoğlu

Bizə qoşulun