Körfəz ölkələrinin hava məkanının bağlanması nəticəsində 3 400-dən çox reys ləğv olunub, yüz minlərlə sərnişin hava limanlarında qalıb.
Medianews.az xəbər verir ki, münaqişə səbəbindən qlobal hava nəqliyyatında ciddi pozuntular yaranıb.
Dubay Beynəlxalq Hava Limanı, Şarca Beynəlxalq Hava Limanı, Əbu-Dabi Beynəlxalq Hava Limanı və Hamad Beynəlxalq Hava Limanı daxil olmaqla regionun altıdan çox iri hava limanı fəaliyyətini dayandırıb.
Yaxın Şərq hava limanları Avropa, Asiya və Afrika arasında əsas tranzit qovşaqları olduğundan, bağlanma dünya üzrə uçuş şəbəkəsinə zəncirvari təsir göstərib.
İlkin məlumata görə, təxminən 300 min sərnişin hava limanında qalıb. Böyük Britaniya vətəndaşlarının təxliyəsinə dəstək üçün regiona qruplar göndərib.
Sosial şəbəkələrdə sərnişinlərin uzun növbələrdə gözlədiyi və terminallarda gecələdiyi görüntülər yayılıb.
Hazırda hava məkanının böyük hissəsi bağlı qalır və vəziyyət qeyri-müəyyən olaraq davam edir.
Medianews.az