"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Maykl Kerriklə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Medianews.az xəbər verir ki, klub rəhbərliyi mütəxəssisə yeni uzunmüddətli müqavilə təklif etməyə hazırlaşır. Bildirilir ki, yeni sözləşmənin 2029-cu ilə qədər nəzərdə tutulduğu qeyd olunur.
44 yaşlı Kerrik 2026-cı ilin yanvar ayından komandaya rəhbərlik edir. Onun rəhbərliyi altında "qırmızı şeytanlar" uğurlu nəticələr əldə etməyi bacarıb.
Hazırda "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 36 turdan sonra topladığı 65 xalla turnir cədvəlinin ilk üçlüyündə yer alır.
Klub rəhbərliyinin komandanın çıxışından razı qaldığı və bu səbəbdən məşqçi ilə əməkdaşlığı uzunmüddətli etmək istədiyi bildirilir.//Milli.Az