Medianews.az
105 yaşlı qadın uzunömürlülüyün
93 baxış

105 yaşlı qadın uzunömürlülüyün sadə sirrini açıqladı

105 yaşlı şotlandiyalı qadın Marqaret Bler uzunömürlülüyün sirrini açıqlayıb.

Medianews.az xəbər verir ki, qadının sözlərinə görə, o, heç vaxt siqaret çəkməyib və spirtli içki qəbul etməyib. Marqaret qeyd edib ki, uzun ömrün əsas sirri sadə qidalanma və ən əsası yaxşı insanlarla ünsiyyətdir. 

1921-ci ildə doğulan Bler gənclik illərində tekstil fabrikində işləyib, İkinci Dünya müharibəsi zamanı isə Qadın Kənd Təsərrüfatı Ordusunda xidmət edib. Orada gələcək həyat yoldaşı ilə tanış olub. Cütlük 1948-ci ildə evlənib, 2017-ci ildə isə həyat yoldaşı vəfat edib. Onların bir qızı, iki nəvəsi və üç nəticəsi var.

O, həyatını “xoş xatirələrlə dolu gözəl bir ömür” kimi dəyərləndirib.

Medianews.az

Bizə qoşulun