Medianews.az
TƏCİLİ: Gürcüstanda Azərbaycanlılar
190 baxış

TƏCİLİ: Gürcüstanda Azərbaycanlılar həlak oldu

Gürcüstanın Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az xəbər verir ki, qəza bu gün səhər saatlarında Qardabaninin Birlik kəndində baş verib.

Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.

Hadisə nəticəsində 7 nəfər həlak olub, daha bir nəfər isə ağır yaralanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi isə faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanıldığını açıqlayıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.

Qeyd edək ki, APA-nın məlumatına görə, qəzada həlak olanlar azərbaycanlılardır.//Bakıvaxtı.az

Bizə qoşulun