Medianews.az
Təcili yardımın açarı itdi,
160 baxış

Təcili yardımın açarı itdi, xəstə öldü

Türkiyənin Adana şəhərində infrakt şübhəsi ilə çağırılan xəstəyə yardım zamanı gözlənilməz hadisə baş verib.

Medianews.az xəbər verir ki, hadisə zamanı ilkin tibbi yardım göstərilən xəstə təcili yardıma yerləşdirilib.

Bu vaxt ambulansın açarının yorğanın içərisinə düşdüyü, lakin bunun fərq edilmədiyi bildirilib.

Açar tapılmadığı üçün hadisə yerinə ikinci təcili yardım maşını çağırılıb və xəstə xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun ailəsi hadisədə səhlənkarlıq olduğunu iddia edərək şikayət edilər və istintaq başladılıb. Rəsmilər isə ilkin araşdırma zamanı açarın tibbi müdaxilə zamanı təsadüfən yorğanın içinə düşdüyünü açıqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Medianews.az

 

Bizə qoşulun