Medianews.az
Kimlər daha uzun yaşayır? -
229 baxış

Kimlər daha uzun yaşayır? - açıqlama

Alim Olqa Tkaçova bildirib ki, güclü sosial əlaqələri olan insanlar daha uzun ömür sürür, uzunmüddətli tənhalıq isə sağlamlıq üçün ciddi risk yaradır.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, ünsiyyət insanlara emosional dəstək verir, stressi azaldır və özünü gərəkli hiss etməyə kömək edir. Sosial əlaqələrin olmaması isə xroniki stressə səbəb olur ki, bu da ürək-damar xəstəlikləri və demensiya riskini artırır. 

Mütəxəssis əlavə edib ki, birlikdə gəzinti və idman kimi fəaliyyətlər sağlam vərdişlərin formalaşmasına kömək edir, hətta gündəlik qısa söhbətlər belə beynin fəaliyyətini aktiv saxlayır.

Tkaçovanın fikrincə, uzunömürlülük üçün çoxlu insan yox, bir neçə yaxın dost və müntəzəm ünsiyyət kifayətdir.

Medianews.az

Bizə qoşulun