Medianews.az
Məktəblilər qəzaya düşdü:
124 baxış

Məktəblilər qəzaya düşdü: ölən və yaralananlar var

Qardabani bələdiyyəsinin Kosalı ictimai məktəbindən şagirdləri ekskursiyaya aparan mikroavtobus qəza keçirib.

Medianews.az musavat.com-a istinadən xəbər verir ki, mikroavtobusda təxminən 30 nəfər olub. Hadisənin yolun kənarında baş verdiyi bildirilir.

İlkin məlumata əsasən, mikroavtobusun sürücüsü nəqliyyat vasitəsini saxladıqdan sonra digər mikroavtobusun sürücüsü ilə söhbət etdiyi vaxt arxadan gələn minik avtomobili mikroavtobusa çırpılıb.

Qəza nəticəsində sürücülərdən biri iki avtomobilin arasında qalaraq hadisə yerində həyatını itirib. Həlak olan şəxsin 68 yaşlı Qardabani sakini olduğu bildirilir.

Hadisə zamanı bir neçə şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun