Ermənistanın Rusiya ilə münasibətləri qarşılıqlı hörmətə əsaslanır və institusional əsasa malikdir.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan seçkilərdə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya ilə hazırkı gərginlik süni xarakter daşıyır:
“Ermənistanda fəaliyyət göstərən bəzi qüvvələr Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik yaratmağa çalışırlar. Amma bizim Rusiya prezidenti ilə sıx münasibətlərimiz var”./axar.az