Medianews.az
Toyda gəlin çətin anlar yaşadı - Köməyinə Aygün Kazımova ÇATDI -
120 baxış

Toyda gəlin çətin anlar yaşadı - Köməyinə Aygün Kazımova ÇATDI - VİDEO

Xalq artisti Aygün Kazımova iştirak etdiyi toy məclisində yaşanan maraqlı anlarla diqqət çəkib.

Məclis zamanı gəlinin gəlinliyi ilə bağlı yaranan çətinlik diqqətdən yayınmayıb. Həmin anda gəlinin köməyinə çatan Aygün Kazımova vəziyyətin aradan qaldırılmasına yardım edib.

Pop-divanın səmimi davranışı tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Daha sonra sənətçinin zarafatla səsləndirdiyi fikir isə məclisdə əyləncəli anlar yaşadıb.

"Görəsən, qadınlar olmasaydı, kişilər nə edərdi?" - deyə Kazımova bildirib.

Xalq artistinin bu sözləri zalda gülüşə səbəb olub və qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Toydan yayılan görüntülər qısa zamanda sosial şəbəkələrdə maraq doğurub. İzləyicilər həm Aygün Kazımovanın səmimi davranışını, həm də zarafatla söylədiyi fikirləri bəyəniblər./milli.az

Bizə qoşulun