Medianews.az
Məzuniyyətdən 55 çamadanla qayıdan qadın -
197 baxış

Məzuniyyətdən 55 çamadanla qayıdan qadın - FOTO

Ötən  bazar günü səhər Almaniya-İsveçrə sərhədindəki keçid məntəqəsində gömrük əməkdaşları bir nəqliyyat vasitəsini — yük furqonunu saxlayıblar. Onlar sürücünün özü ilə nə gətirdiyini yoxlamaq istəyiblər.

Medianews.az-ın məlumatına görə, İsveçrə vətəndaşı olan qadın bildirib ki, məzuniyyətdən qayıdır. Sonra isə səyahət baqajını boşaltmağa başlayıb: bir çamadan, iki çamadan, üç çamadan, dörd çamadan... 55 çamadan! Hamısı da qanuni!

Gömrük əməkdaşları 55 çamadanın hər birini rentgen cihazı ilə yoxlayıblar, İsveçrəyə gətirilməsi qadağan olunan heç nə aşkarlanmayıb.

Bəs bir qadın 55 çamadanda nə gətirib? İsveçrə Federal Gömrük və Sərhəd Təhlükəsizliyi İdarəsinin sözçüsü bu barədə mediaya məlumat vermək istəməyib: “Çamadanların içində səyyahın müxtəlif şəxsi əşyaları var idi. Heç bir pozuntu aşkar edilməyib, ona görə də səyyaha hər hansı iradımız yoxdur”.

İsveçrədə bu qədər çox baqajla səyahət etmək qadağan deyil. Ölkə vətəndaşları xaricə gedəndə özləri ilə apardıqları şəxsi əşyalarını geri qaytararkən gömrük rüsumu ödəmirlər. Bu, 55 çamadanlıq səyahət baqajına da aiddir.

Medianews.az

Bizə qoşulun