Medianews.az
Murygin yenidən
101 baxış

Murygin yenidən xərçəngə tutuldu

Rusiyanın “Amur” xokkey komandasının keçmiş qapçısı Aleksey Murygin xərçəng xəstəliyinə tutulub.

Medianews.az xəbər verir ki, bu haqda klub özünün telegram kanalında açıqlayıb.

Açıqlamada uzun müddətdir “Amur” komandasında oynayan Muryginin kimyaterapiya keçirdiyi və süni tənəffüs aparatına qoşulduğu bildirilir.

Qapıçıya ilk dəfə 2019-cu ildə badamcıq xərçəngi diaqnozu qoyulub. Daha sonra onun sağalması barədə məlumat verilib. 

Medianews.az

Bizə qoşulun