Medianews.az
Mütəxəssisdən xəbərdarlıq:
51 baxış

Mütəxəssisdən xəbərdarlıq: Telefonla yatmaq yuxunu məhv edir

Yuxusuzluğun gözlənilməz səbəblərindən biri açıqlanıb.

Medianews.az xəbər verir ki, uzunömürlülük üzrə mütəxəssis Dieqo Suarez bildirib ki, gecələr smartfonu yatağın yanında saxlamaq yuxu problemlərinə yol açır.

Mütəxəssisin sözlərinə görə, gecə saatlarında telefonu yanında saxlayan insanların 25 faizindən çoxunda ciddi yuxu pozuntuları müşahidə olunur. Suarez izah edib ki, telefon yaxınlıqda olduqda beyin dalğaları pozulur və yuxu hormonu olan melatoninin səviyyəsi kəskin şəkildə azalır.

Bu səbəbdən o, insanlara smartfonlarını yataq otağından kənarda saxlamağı tövsiyə edib. Telefonsuz oyanmaqdan narahat olanlara isə adi zəngli saatdan istifadə etməyi məsləhət görüb.

Dieqo Suarez yuxusuzluqla mübarizə üçün digər üsulları da açıqlayıb. Onun sözlərinə görə, pərdələri bağlamaq, işığın qarşısını almaq üçün göz maskasından istifadə etmək və otaqda tam sükut yaratmaq sağlam və keyfiyyətli yuxuya kömək edə bilər.

Medianews.az

Bizə qoşulun