Nazpəri Dostəliyeva sağlam və formada qalmasının əsas səbəblərindən birini açıqlayıb.
Xalq artisti “Qonaqcanlı” verilişində axşam saatlarından sonra qidalanmasına xüsusi diqqət yetirdiyini bildirib.
O, adətən, saat 18:00-dan sonra "ağır yemək"lərdən uzaq durur.
Müğənninin sözlərinə görə, həmin saatdan sonra ən yaxşı seçim yüngül qidalar olur. Günün bu hissəsində daha çox çay, meyvə və ya az kalorili yeməklərə üstünlük verir.
Nazpəri Dostəliyeva qeyd edib ki, ümumiyyətlə, çox yeyən insan deyil. Bununla belə, bəzən axşam saatlarında da nəsə qəbul etdiyini gizlətməyib. Belə hallarda menyuda daha çox tərəvəz və ya suda bişmiş toyuq əti kimi yüngül qidalar yer alır.
Onun sözlərinə görə, axşam saatlarından sonra qəbul olunan yeməklərin kalorisi mütləq aşağı olmalıdır.
Müğənni hesab edir ki, düzgün qidalanma rejimi formanı qorumaqda əsas şərtlərdən biridir./“Yeni Sabah”/