Medianews.az
Orta yaşlarda yuxu problemləri gələcəkdə hansı ciddi
108 baxış

Orta yaşlarda yuxu problemləri gələcəkdə hansı ciddi xəstəliklərə səbəb olur?

ABŞ alimlərinin araşdırmalarına görə, otuz-qırx yaş arasında olan insanlarda yuxu problemləri daha yaşlı dövrdə yaddaşın və koqnitiv qabiliyyətlərin zəifləməsinə səbəb ola bilər.

Bu barədə "Neurology" nəşri məlumat yayıb.

Tədqiqatda on ildən çox müddət ərzində 500-dən çox insan üzərində müşahidələr aparılıb.

Alimlər aşkar ediblər ki, ortayaşlı insanlarda yuxuda müntəzəm qısa fasilələr 11 il sonra koqnitiv funksiyaların azalmasına gətirib çıxara bilər.

"Əvvəlki tədqiqatların əksəriyyətində yuxusuzluqla yaşlı dövrdə koqnitiv pozuntular arasındakı əlaqə öyrənilmişdi. Bu, yuxu keyfiyyəti ilə koqnitiv qabiliyyətlər arasındakı əlaqənin artıq orta yaşda özünü göstərə biləcəyini sübut edən ilk tədqiqatdır", - deyə tədqiqatın müəllifi bildirib.

Həmçinin qeyd olunur ki, yuxu keyfiyyəti 40 yaşından sonra nəzərəçarpacaq dərəcədə azalır və bunun fizioloji səbəbləri var.

Mütəxəssislərin məlumatına görə, yaşla birlikdə yuxu və oyaqlıq dövriyyəsini tənzimləyən hormon olan melatoninin istehsalı azalır. Bu səbəbdən yuxuya getmə daha uzun çəkir, yuxu isə daha səthi və daha az sabit olur.

Həmçinin yuxunun strukturu dəyişir: dərin fazaların payı azalır, gecə oyanmalarının sayı isə artır. Nəticədə, insan yataqda kifayət qədər vaxt keçirsə belə, orqanizm daha pis bərpa olunur./oxu.az

Bizə qoşulun