Medianews.az
Paşinyan: Putin mənim dostumdur
156 baxış

Paşinyan: Putin mənim dostumdur

“Rusiyaya qarşı nəinki heç bir kəskin addım atmayacağıq, həm də münasibətləri daha da dərinləşdirəcəyik”.

Medianews.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Mənim Rusiya Prezidenti Vladimir Putinlə, sözün əsl mənasında, dostluq münasibətlərim var. Rusiya Prezidentinın 2018-ci ildən bəri başqa hansısa liderlə bu qədər daha çox əlaqə saxladığına şübhə edirəm. Bu müddət ərzində 200-dən çox telefon danışığımız olub, təkcə telefon danışıqları”, - Baş nazir bildirib.

Paşinyan əlavə edib ki, səkkiz ildir Rusiya hökumətinin başçısı ilə çox isti dostluq münasibətləri var:

“Rusiyaya münasibətimiz çox istidir. Burada problem başqa yerdədir. Bir çox hallarda müxalifət bizə “Rusiya ilə bərabərhüquqlu münasibətlər”dən danışır. Rusiya supergücdür, Rusiya kimi bir supergücə necə yanaşılmalıdırsa, elə yanaşırıq- hörmət və ehtiramla”.

Baş nazir təkcə Rusiyaya deyil, həm də Rusiya Prezidentinə və hökumətinin başçısına eyni cür yanaşdığını vurğulayıb.//Teleqraf 

Bizə qoşulun